media-17224887503

Türkiyənin diplomatik tələbindən sonra İsrail HƏMAS liderinin ailə üzvləri də daxil olmaqla, 66 nəfərin Qəzzadan çıxmasına icazə verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Qəzzadan çıxanlar arasında HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyənin 16 ailə üzvü də olub.

Eyni zamanda, Qəzzanı tərk edənlər arasında 14 Türkiyə vətəndaşı və onların təxminən 40-a yaxın qohumu da yer alıb.

İddiaya görə, İsrail bu addımı Ankara ilə münasibətlərdə gərginliyi azaltmaq məqsədilə atıb.

Xatırladaq ki, oktyabrın 13-də Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qəzza ilə bağlı atəşkəs sənədi imzalanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər