Ukraynanın baş naziri: Yenidənqurma üçün 524 milyard dollar lazımdır
Ukraynanın baş naziri Denis Şmıqal 10 il ərzində ölkəsinin bərpası və yenidən qurulması üçün 524 milyard dollara ehtiyac olacağını bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya və Ukraynanın dövlət və özəl sektor nümayəndələri İtaliyanın ev sahibliyi ilə 10-11 iyul tarixlərində Romada keçiriləcək “Ukraynanın yenidən qurulması konfransı”na hazırlıq məqsədilə Milanda keçirilən ilkin görüşdə bir araya gəliblər. Toplantıya video mesaj göndərən Baş nazir Şmıqal, Dünya Bankının son zərər qiymətləndirməsi və ehtiyacların qiymətləndirilməsi hesabatında Ukraynanın qarşıdakı 10 ildə bərpa və yenidənqurma üçün 524 milyard dollara ehtiyacı olacağının təxmin edildiyini bildirib. Şmiqal sərmayələrin xüsusilə enerji sektoru, infrastruktur, logistika, kənd təsərrüfatı və informasiya sistemlərinə qoyulması lazım olduğunu bildirib.