Uşaqlar gün boyu minimal yeməklə təmin edilir - 98 saylı bağçada biabırçı vəziyyət - VİDEO
Qaynar xəttimizə daxil olan şikayətdə vətəndaş bildirir ki, 98 saylı uşaq bağçasında uşaqlar ac saxlanılır və dövlət tərəfindən ayrılan qida məhsulları bağçanın rəhbərliyi tərəfindən mənimsənilir.
Patrul.az xəbər verir ki, nəticədə uşaqlar gün ərzində ya ac qalır, ya da çox minimal miqdarda yeməklə təmin olunurlar. Bu vəziyyət valideynlər arasında ciddi narazılığa səbəb olub.
Qeyd edək ki, 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva barəsində 2023-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət işi açılıb. Buna baxmayaraq, Elnurə Əliyeva hələ də həmin vəzifədə fəaliyyət göstərir.
Ümid edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər.
Nihat Abbasov






