media-inshot_20260202_184437745

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Yeni layihəyə görə, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə edə biləcəklər. Layihədə qeyd olunur ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Bəs İslam dini bu qadağaya necə yanaşır?

Bu barədə Patrul.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində əsas prinsiplərdən biri “məcburiyyət” anlayışının olmamasıdır. Onun sözlərinə görə, bu qərar İslam dininin prinsiplərinə tam uyğundur:

“Bu qanunla artıq ölkəmiz tanışdır. Ümumiyyətlə, İslam dinində istər uşaq, istər böyük, istərsə də xarici vətəndaş olsun, kim olmasından asılı olmayaraq heç bir insana dini məcburiyyət tətbiq edilmir. Çünki dinin təməli yaranışından bu günə qədər insanın İslama öz iradəsi və könüllü şəkildə gəlməsi üzərində qurulub”.media-inshot_20260202_182633153

İlahiyyatçının sözlərinə görə, Allah İslam dinini yalnız könüllü şəkildə qəbul edənləri müsəlman hesab edir:

“İslam dini öz iradəsi ilə bu dinə gəlməyən insanları “müsəlman” kimi qəbul etmir. Bu, dinin təməl prinsiplərində açıq şəkildə yer alır. Buna görə də inanırıq ki, qanun ölkəmizdə Allahın prinsiplərinə uyğun şəkildə tətbiq olunarsa, daha faydalı olar. Çünki İslamda məcburiyyət yoxdur. Bu din heç kimi zorla qəbul etmir, yalnız könüllü olaraq gələnlərə “”xoş gəldin” deyir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər