media-img_1712

“Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonunun Kəngərli kəndinə səfəri və burada sakinlərlə görüşü, işğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası istiqamətində mühüm mərhələ kimi yadda qaldı. Dövlət başçısı yeni salınmış Kəngərli kəndində məskunlaşacaq ailələrə evlərinin açarlarını şəxsən təqdim etdi. Bu illərlə doğma yurd həsrəti ilə yaşayan insanlar üçün böyük mənəvi qayıdışın gerçəyə çevrilməsi idi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, uzun illər erməni işğalı altında qalmış Ağdam torpaqları bu gün yeni nəfəs alır:

media-af16a201-a471-4880-98d1-99e8e5b581ce
“Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri infrastrukturun, insan talelərinin, kənd yaddaşının yenidən dirçəlməsinə xidmət edir.

Kəngərli kəndində tikilmiş müasir tipli fərdi yaşayış evləri, məktəb binası, uşaq bağçası, klub-icma mərkəzi və inzibati infrastruktur bölgənin yeni həyatına, sabitliyinə və rifahına zəmin yaradır. Cənab Prezident İlham Əliyevin kənd sakinləri ilə səmimi görüşü dövlətin vətəndaşa olan doğmalığının bir daha nümayişi idi”.

Deputat bildirib ki, bu səfər həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nə qədər ali və mənəvi dəyərlərə söykəndiyini göstərdi:

“Hər bir açar təqdimatı, hər bir yeni ev, əslində bir xalqın milli heysiyyətinin, dövlətin öz xalqına verdiyi vədin gerçəkləşdiyinin təntənəsidir.
Ölkə başçısının Kəngərli kəndindəki çıxışı Böyük Qayıdış proqramının nəinki planlı, ardıcıl və möhkəm təməllər üzərində qurulduğunu, həm də onun siyasi iradə, xalq sevgisi və tarixi ədalət prinsiplərinə əsaslandığını bir daha sübut etdi”.

Ləman Sərraf


Bənzər xəbərlər