media-img_5607

Vatikan katoliklərin ruhani lideri və Vatikanın prezidenti Roma Papası Fransiskin müalicəsində dəyişiklik etdiyini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bronxit səbəbiylə fevralın 14-dən Romada “Gemelli” xəstəxanasında müalicə alan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı Vatikan Mətbuat İdarəsindən yazılı açıqlama verilib.

Açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Son günlər və bu gün aparılan müayinələrin nəticələri göstərib ki, tənəffüs yollarında polimikrob infeksiyası var və bu, müalicənin dəyişdirilməsini zəruri edir. İndiyədək aparılan bütün analizlər mürəkkəb klinik mənzərədən xəbər verir və müvafiq xəstəxanaya yerləşdirmə prosesini tələb edir”.

Qeyd edək ki, Fevralın 19-da baş tutacaq ümumi qəbul sessiyasının Papanın xəstəxanada qalması ilə əlaqədar ləğv edildiyi açıqlanıb.


Bənzər xəbərlər