media-img_9096

Türkiyənin cənub bölgəsində istehsal olunan bəzi məhsullar, xüsusilə içkilər və qida məhsulları, son illər Azərbaycanda da satışa çıxarılır. Onlardan biri də “Kilikya Şalğamı” adlı içkidir. Bu məhsulun üzərində “Adana Şalğamı” qeyd olunmasına baxmayaraq, adında “Kilikya” ifadəsinin yer alması bəzi istehlakçıların diqqətini çəkib.

Patrulaz.az-ın məlumatına görə, əslində “Kilikya”, tarixi mənbələrdə Aralıq dənizi sahilində yerləşən, hazırkı Türkiyənin Adana, Mersin və Tarsus bölgələrini əhatə edən qədim ərazinin adıdır. XI əsrdə bu bölgədə “Kilikya Erməni Krallığı” adlı dövlət mövcud olub. Krallıq 1080–1375-ci illər arasında fəaliyyət göstərib və daha sonra Misir Məmlükləri tərəfindən süquta uğradılıb. Yəni bu ad siyasi və inzibati mənada artıq yüzillərdir mövcud deyil.

Bugünkü Türkiyə sərhədləri daxilində yerləşən Kilikya bölgəsi hazırda tam şəkildə Türkiyə Respublikasının tərkib hissəsidir və burada “erməni krallığı” və ya oxşar qurum yoxdur. Bununla belə, bəzi erməni dini qurumları, xüsusilə Livanda fəaliyyət göstərən “Kilikya Katolikosluğu”, tarixi irsə istinad edərək bu adı simvolik şəkildə yaşadır.

İstehlakçılar üçün maraqlı məqam odur ki, “Kilikya” adı Türkiyədə həm coğrafi bölgə, həm də brend olaraq istifadə olunur. Məsələn, Adana bölgəsində yerləşən bəzi yerli şirkətlər məhsullarını “Kilikya” markası ilə istehsal edir. Bu, sadəcə tarixi bölgənin adının kommersiya məqsədli istifadəsidir və hər hansı etnik və ya dini məna daşımır.

Beləliklə, Azərbaycandakı marketlərdə satılan “Kilikya Şalğamı” tarixi “Kilikya Erməni Krallığı” ilə heç bir əlaqəyə malik deyil. Bu, Adana bölgəsinin yerli istehsalı olan, “Kilikya” adını isə coğrafi və marka mənasında daşıyan türk məhsuludur.

media-img_9097


Bənzər xəbərlər