media-inshot_20251003_213214713

Oktyabrın 3-də Rusiyanın Ukraynaya hücumu zamanı fransalı fotojurnalist Entoni Lallikan həlak olub.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum Donetsk vilayətinin Drujkovka şəhəri ərazisinə edilib. Zərbələr nəticəsində Kiyev Müstəqil jurnalının əməkdaşı Georgiy İvançenkov da yaralanıb.

Məlumata görə, hadisə zamanı media nümayəndələri qoruyucu geyimdə olub və onları mətbuat əməkdaşı müşayiət edib.

Xatırladaq ki, Entoni Lallikan 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan tərəfində aktiv münaqişə zonasında fotojurnalist kimi fəaliyyət göstərib.

O, 2022-ci ilin martında Ukraynaya gəlib və burada çəkdiyi fotoşəkillərə görə Viktor Hüqo Mükafatına layiq görülüb.

Qeyd edək ki, Lallikan Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri müharibədə həlak olan üçüncü fransız jurnalistidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər