media-photo-output

Vətəndaş tərəfindən Patrul.az redaksiyasına daxil olan məlumata görə, martın 9-u saat 15:00 radələrində Hava Limanı yolu istiqamətində hərəkət zamanı “Chevrolet Cruze” markalı, 90-DK-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəli davranış nümayiş etdirib.

Bildirilib ki, sözügedən avtomobil yol boyu digər nəqliyyat vasitəsinə yol verməyib. Daha sonra sürücü qəfil manevr edərək qarşı zolağa keçib və bilərəkdən qəfil əyləcləyərək qəza şəraiti yaratmağa cəhd edib.

Şikayətçi qeyd edir ki, bu cür davranışlar yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır və məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini xahiş edir.

Günay Salayeva


Bənzər xəbərlər