media-img_7850

İddialara görə, yayılan videogörüntü Quba rayonu ərazisində lentə alınıb. Kadrlarda 77-SH-322 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil ilə 90-MZ-487 dövlət qeydiyyat nişanlı Mercedes markalı nəqliyyat vasitələrinin sürücülərinin yüksək sürətlə hərəkət etdiyi, təhlükəli manevrlər etdiyi və bir-biriləri ilə yarışdığı açıq şəkildə görünür.

Yol hərəkəti təhlükəsizliyini kobud şəkildə pozan bu davranışlar yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına salır.

Patrulaz.az xəbər verir ki, hadisə görüntüləri sosial şəbəkələrdə ictimai narazılıqla qarşılanıb. İstifadəçilər məsul qurumlardan avtoxuliqanlıq halları ilə bağlı tədbir görülməsini xahiş ediblər.


Bənzər xəbərlər