media-inshot_20251029_123057883

Xaçmazda 2 nömrəli məktəbin şagirdlərinin vəfat edən müəllimləri Elnarə Hümmətova ilə vida mərasimi diqqət çəkib.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntüyə əsasən xəbər verir ki, şagirdlər məktəbdə mərhum müəllimin şəkilini öpərək, qarşısına qərənfillər düzüblər.

Xatırladaq ki, oktyabrın 27-də ürəktutmasından öz evində vəfat edən 42 yaşlı müəllim Elnarə Hümmətova sertifikasiya imtahanında 60 bal toplayaraq ən yüksək nəticə göstərmişdi.


Bənzər xəbərlər