Xaçmazda yanğın olub, 1 nəfər xəsarət alıb
Xaçmazda yanğın baş verib.
FHN-in mətbuat xidmətindən Patrulaz.az-a verilən məlumata görə, rayonunun Mollabürhanlı kəndində ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.