media-photo-output

Xaçmaz rayonunun Qaraçaycek kəndində məscidin divarı qəzalı vəziyyətə düşərək aşıb.

Kənd sakinləri Patrul.az-a bildirirlər ki, təhlükəli vəziyyət yaranmasına baxmayaraq, məsələ ilə maraqlanan qurum olmayıb.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, indiyədək heç bir cavab almayıblar.  Kənd camaatı hesab edir ki, ibadət yeri həm dini, həm də mədəni əhəmiyyət daşıdığı üçün onun bərpasına təcili ehtiyac var.

Hazırda məscidin tamamilə yararsız vəziyyətdə qaldığı, ətrafda uçuq materialların təhlükə yaratdığı bildirilir. Sakinlər aidiyyəti qurumlardan vəziyyətə reaksiya verilməsini və məscidin bərpası üçün tədbirlər görülməsini xahiş edirlər.


Bənzər xəbərlər