media-10c47d3f-67bd-4da7-b3d3-52704ff6af47

Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə mənimsəmədə ittiham olunur.

Bu barədə Patrul.az-a Elşən Mahmudbəyli adlı şəxs şikayət edərək bildirib ki, o, Rüfət Qasımzadə, Boran Qasımzadə və Məmməd Məmmədzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olub. Onun sözlərinə görə, həmin şəxslər ondan 55 min dollar, dostundan isə 50 min dollar alaraq ələ keçirib və verdikləri vədlərə əməl etməyiblər:

“Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum oldu. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyənin İstanbul şəhərindəki hava limanında 5 kiloqram qızıl gömrükdə saxlanılıb Lakin borcu ödəyəcəyini deyib. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, bu günə qədər ödəniş edilməyib”.
Şikayətçi indiyədək vurulmuş zərərin 8 min dollarının qaytarıldığını əlavə edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.


Bənzər xəbərlər