Xəstəxanada olan Papa Fransisk yaxın ətrafına sağalmayacağını söyləyib
Papa Fransisk təkbətək görüşdüyü bəzi insanlara xəstəxanaya yerləşdirilməsinə səbəb olan mövcud sağlamlıq problemlərindən qurtula bilməyəcəyini deyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələyə yaxın iki mənbəyə əsaslanaraq, 88 yaşlı ruhani lider, Romadakı Gemelli xəstəxanasında “tənəffüs yollarında polimikrob infeksiyası”ndan müalicə olunarkən varisini təyin etməyə tələsir.
Papa xəstəliyi səbəbindən bir çox ictimai tədbirlərə olduğu kimi, çərşənbə axşamı Vatikan həftə sonu üçün planlaşdırılan proqramlara da qatıla bilməyəcəyini açıqlayıb.