Xəzərdə nadir mənzərə: Flamingo gənclərin kamerasına tuş gəldi - VİDEO
Xəzər dənizində nadir təbiət mənzərəsi qeydə alınıb. Gənclər sahilboyu ərazidə gəzinti zamanı dənizdə təkcə üzən flamingonu görərək heyrətlərini gizlədə bilməyiblər. Onlar həmin anı mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Patrul.az xəbər verir ki, hörüntülərdə quşun sahilə yaxın məsafədə rahat şəkildə gəzməsi, ətrafda heç bir təhlükə hiss etmədən hərəkət etməsi aydın görünür. Paylaşımlar qısa müddətdə diqqət çəkib və sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Mütəxəssislər bildirirlər ki, flamingoların Xəzər sahillərində görünməsi nadir olsa da, müəyyən mövsümlərdə onların miqrasiya marşrutları bu ərazilərdən keçə bilər.






