media-img_5793

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Viləşçay” MTK-ya məxsus binada təhlükəli hadisə baş verib. Belə ki, 265 saylı binanın 2-ci blokunda quraşdırılmış liftin trosları qırılıb.

Patrulaz.az-ın məlumatına görə, hadisə zamanı sakinlər ciddi həyati təhlükə ilə üzləşiblər. Xoşbəxtlikdən, faciə baş verməyib. Lakin hadisə ilə bağlı sakinlərin MTK rəhbərliyinə müraciəti təəccüblü cavabla qarşılaşıb. Şirkət nümayəndələrinin “sizə hələ bu da azdır” şəklində cavab verməsi narazılıq yaradıb.

Sakinlər bildirirlər ki, uzun müddətdir liftlərin texniki vəziyyətindən şikayət edirlər, lakin problemlərin həllinə laqeyd yanaşılır. Onların sözlərinə görə, bu məsuliyyətsizlik hər an faciəyə səbəb ola bilər.


Bənzər xəbərlər