Xorvatiyada ərzaq qiymətlərinin artması ilə əlaqədar insanlar bir günlük “boykot” təşkil edirlər.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada başladılan “boykot” çərçivəsində ölkənin müxtəlif şəhərlərində, xüsusilə Xorvatiyanın paytaxtı Zaqrebdə yaşayan insanlar ərzaq ehtiyaclarını qarşılamaq üçün bu gün bazarlara getməmək qərarına gəliblər.

Sosial mediada paylaşılan görüntülərdə “boykot” səbəbilə ölkə daxilində bazarların boş olduğu müşahidə edilib.

Ərzaq qiymətlərinin artmasına reaksiya olaraq təşkil edilən bir günlük “boykot”a istehlakçı hüquqlarını müdafiə cəmiyyətləri, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları da dəstək versə də, vətəndaşların alış-veriş etməməsi gündəlik bazara mənfi təsir göstərdiyi qeyd edilib.


Bənzər xəbərlər