media-inshot_20251027_091018655

XX əsrin ən gözəl oğlanı kimi tanınan İsveçli aktyor və musiqiçi Byorn Andresen vəfat edib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 70 yaşlı aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Byorn Andresen 1971-ci ildə italyan rejissoru Luçino Viskontinin məşhur “Venesiyada ölüm” filmində baş rolu – “Tadzio” obrazını canlandırması ilə dünya miqyasında şöhrət qazanıb.

Rejissor Viskonti onu “XX əsrin ən gözəl oğlanı” adlandırıb.

Daha sonra aktyorun həyatına həsr olunmuş “Dünyanın ən gözəl oğlanı” sənədli filmi Kristian Petri və Kristina Lindstrom tərəfindən çəkilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər