media-404707c7-42ff-4d8b-ba8f-35b066d8dacc

Yağıntılardan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Xalq City” MTK-da ciddi problem yaranıb.

Bu barədə Patrul.az redaksiyasına müraciət edən sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, artıq 3 gündür binada elektrik enerjisi yoxdur. Bildirilir ki, güclü yağış nəticəsində blokun elektrik şitlərinə su dolub və bu səbəbdən enerji təchizatı tamamilə dayandırılıb. Hazırda yalnız su təminatı bu gündən etibarən bərpa olunub.

Məlumata əsasən, problemin aradan qaldırılmasının ən azı bir həftə çəkəcəyi qeyd olunur. Sakinlər dəfələrlə qaynar xətlərə müraciət etsələr də, hələ ki, əraziyə yaxınlaşan aidiyyəti qurum olmayıb.

Sakinlər problemin ictimailəşdirilməsini və aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini xahiş edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.


Bənzər xəbərlər