Yaponiyada 77 dovşanın şübhəli şəkildə ölü tapıldığı Okuno adasında dovşan təpikləyərkən tutulan şəxs heyvanlara qarşı zorakılıq ittihamı ilə saxlanılıb.

“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, fiziki zorakılığa məruz qalaraq öldürülən digər dovşanların da eyni şübhəlinin qurbanı olduğu düşünülür. Bildirilib ki, şübhəli şəxs özəl şirkətdə çalışan 25 yaşlı Riku Hotta cinayət başında yaxalandığı hadisə ilə bağlı ittihamları qəbul edib.

Polis 500 vəhşi dovşanın yaşadığı adada 26 Noyabr-12 Yanvar tarixləri arasında 77 şübhəli dovşan ölümünün olduğunu açıqladı və fiziki zorakılığa məruz qaldıqdan sonra öldürülən digər dovşanların da adıçəkilən şəxsin qurbanı ola biləcəyini bildirdi.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.


Bənzər xəbərlər