media-inshot_20260302_224431806

Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün müddətində konsulluq xidmətləri göstərməyəcək.

Patrul.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

Səfirlik konsulluq şöbəsinin müvəqqəti bağlanmasını regiondakı gərginliklə əsaslandırıb:

“Hazırda hər hansı təhdid məlumatı daxil olmasa da, Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi bu gün və sabah (2-3 mart) konsulluq şöbəsinin fəaliyyətini müvəqqəti dayandırır”.

Qeyd edək ki, qərar yalnız konsulluq şöbəsinə şamil olunur və digər diplomatik fəaliyyətlərin dayandırılması barədə məlumat verilməyib.


Bənzər xəbərlər