Yasamalda obyektdən pulqabı oğurlayan şəxs tutuldu
Yasamal rayonu ərazisində yerləşən obyektlərdən birində oğurluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs zərərçəkənə məxsus içərisində 839 manat olan pulqabını talayıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Süleymanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






