media-1711392177_izrail_xamac

“Hazırda İsrail-HƏMAS qarşıdurmasında sakitlik dövrü hökm sürür. Faktiki olaraq ötən ilin bu dövrü ilə müqayisədə aktiv döyüş əməliyyatlarının dayandığını görürük. Eyni zamanda əsir mübadiləsi də müəyyən fasilələrlə davam edir.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-tural-ismayilov

O bildirib ki, İsrail və HƏMAS-dan verilən açıqlamalardan görünür ki, yaxın aylar ərzində hansısa ciddi qarşıdurmalar gözlənilmir: “Bu mərhələ faktiki sükut mərhələsidir. Amma istənilən halda İsrail-HƏMAS qarşıdurması ilə bağlı gələcəyə doğru müsbət gözləntilərin olmadığını düşünürəm.

Təkcə bir əsr boyunca dəfələrlə İsrail ilə HƏMAS arasında qarşıdurmalar olub. Qarşıdurmalar fonunda müəyyən razılaşma və sazişlər olsa da, bu heç zaman daimi olmayıb. Sonrakı mərhələdə isə gərginlik daha da artıb. Bu baxımdan da nə İsrail, nə də HƏMAS istədiyinə nail olub. Düzdür, İsrail HƏMAS-a qarşı son bir il ərzində baş verən hadisələrdə böyük üstünlük əldə edilib. Yaxın Şərqdə sabitliyin əldə olunmasının açarı İsrail-HƏMAS qarşıdurmasının sonlamasındadır. Lakin yaxın gələcəkdə bu istiqamətdə perespektiv yoxdur”.


Bənzər xəbərlər