media-inshot_20251215_144203674

Amerikalı yəhudi əsilli rejissor, aktyor Rob Reyner həyat yoldaşı Mişel Singer Reyner ilə birlikdə Los-Ancelesin Brentvud şəhərində yerləşən evlərində ölü tapılıblar.

Patrul.az yerli mediaya istinadən xəbər verir ki, cəsədlər çoxsaylı bıçaq yaraları ilə zədələndiyi üçün uzun müddət onların şəxsiyyəti müəyyən edilə bilməyib. Daha sonra cəsədlərin Reiner cütlüyünə aid olduğu təsdiqlənib.

İlkin iddialara görə, qətl cütlüyün oğlu tərəfindən törədilib.

78 yaşlı Rob Reyner 1970-ci illərdə “CBS”də yayımlanan məşhur “All in the Family” serialındakı rolu ilə tanınırdı. Həmçinin o, “The Princess Bride”, “This Is Spinal Tap”, “When Harry Met Sally”, “Stand by Me” və “The American President” kimi filmlərin rejissorluğunu edib.

Mişel Reyner isə Donald Trampın “Tramp: Sazişin Sənəti” kitabının üz qabığında yer alan fotoşəklini tənqid edib. Rob Reyner yalnız Hollivud karyerası ilə deyil, həm də siyasi fəallığı ilə də tanınıb. O, 2004-cü il prezident seçkilərində Corc Buşu hədəf alan reklamlarda da iştirak edib.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər