Yəməndə husilər tərəfindən saxlanılan 113 nəfər sərbəst buraxılıb
Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən saxlanılan 113 nəfərin sərbəst buraxıldığı bildirilib.
Patrulaz.az xəbər verir ki, verilən açıqlamada husilərin sözügedən şəxsləri birtərəfli qaydada azad edildiyi və BQXK-nın mütəmadi olaraq bu insanlara baş çəkərək yardım etdiyi barədə məlumatı paylaşdığı bildirilib.
Bəyanatda sözləri yer alan BQXK-nın Yəmən rəsmisi Daphne Marit ölkədə əzab çəkən ailələrə sevinc bəxş edəcək daha çox azad etmə səylərinin olacağına ümid etdiyini bildirib .
Hələlik Yəmən hökumətindən məsələ ilə bağlı hər hansı açıqlama yoxdur.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında bir çox cəbhədə məhbus mübadiləsi aparılsa da , saxlanılan məhbusların sayı barədə dəqiq məlumat yoxdur .