media-inshot_20250616_125238669

Yaponiyada yetişdirilən və “Ruby Roman” adlanan üzüm növü dünyanın ən bahalı meyvələri sırasında yer alır.

Patrulaz.az “Valyuta.az”a əsasən xəbər verir ki, İshikawa bölgəsində yetişdirilən bu üzüm növünün hər bir dənəsi 26 ABŞ dollarından (təxminən 44 manat) başlayır. Xüsusi partiyalarda isə bu məbləğ 300 dollara (təxminən 510 manat) qədər yüksəlir.

İlk dəfə 2008-ci ildə satışa çıxarılan Ruby Roman üzümləri o vaxtdan bəri qiymət rekordları qırmaqdadır. Həmin il 700 qramlıq bir salxım 100 min yenə (təxminən 1,550 manat) satılıb. 2016-cı ildə isə oxşar çəkiyə malik bir salxım üçün 1,1 milyon yen (təxminən 14,400 manat) ödənilib. Bu da hər bir üzüm dənəsinin 544 manata başa gəlməsi deməkdir.

Qeyd edək ki, bu üzüm növü əsasən Yaponiyada lüks bazarlar və bahalı hədiyyə seqmenti üçün nəzərdə tutulur. Ruby Roman yalnız dadı ilə deyil, həm də simvolik dəyəri və prestiji ilə seçilir.media-_90321706_de27-1-jpg media-_90321708_de27-1-jpg media-1511


Bənzər xəbərlər