media-inshot_20250608_105444368

Amerikalı alimlər növbəti qlobal sağlamlıq böhranına səbəb ola biləcək yeni koronavirus növü aşkarlayıblar.

Patrulaz.az Xarici KİV-ə əsasən xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” elmi jurnalında dərc olunub. Məlumata görə, HKU5-CoV-2 adlandırılan bu virus hazırda yalnız yarasalar arasında yayılıb, lakin tək bir mutasiya ilə insan hüceyrələrinə keçə və yeni pandemiyaya səbəb ola bilər.

Araşdırmaçılar qeyd ediblər ki, bu virus “MERS-CoV” ilə eyni virus ailəsinə mənsubdur və insan orqanizminə daxil olmaq üçün ACE2 reseptorlarından istifadə edə bilər. Həmin reseptorlar insanın burun, boğaz və ağız boşluğunda yerləşir və eynilə COVID-19 virusu da bu reseptorlar vasitəsilə orqanizmə daxil olur.

Qeyd edək ki, HKU5-CoV-2 virusu ilk dəfə Çində laborator tədqiqat zamanı müəyyən olunub. Mütəxəssislər bu virusun zülal strukturunda baş verə biləcək cüzi dəyişikliklərin təhlükəli nəticələr doğura biləcəyini istisna etmirlər.


Bənzər xəbərlər