media-inshot_20260429_104022190

Yer kürəsinin daxili quruluşu ilə bağlı aparılan son araşdırmalarda planetin bütün istiqamətlərdə eyni sürətlə soyumadığı müəyyən edilib.

Patrul.az xəbər verir ki, tədqiqat Oslo Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

Bildirilib ki, Sakit okean yarımkürəsi Afrika yarımkürəsi ilə müqayisədə daha sürətlə istilik itirir. Bu fərqin təxminən 400 milyon il əvvələ təsadüf etdiyi bildirilir. Həmin vaxtdan etibarən Sakit okean tərəfinin təxminən 50 dərəcə daha çox soyuduğu qeyd olunur.

Alimlər bu prosesi “yorğan effekti” ilə izah edirlər. Belə ki, qitə sahələrində yer qabığı daha qalın olduğu üçün daxili istilik xaricə daha çətin ötürülür. Okean dibində isə qabıq daha nazikdir və istilik sürətlə suya, oradan isə atmosferə yayılır. Bu səbəbdən Sakit okean planetin istiliyini intensiv şəkildə ötürən əsas sahə kimi qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, bu qeyri-bərabər soyuma gələcəkdə tektonik plitələrin hərəkətinə təsir göstərə, zəlzələ və vulkan aktivliyində dəyişikliklər yarada bilər. Eyni zamanda, Yer nüvəsindəki istilik axınlarının dəyişməsi uzunmüddətli perspektivdə planetin maqnit sahəsinə də təsir edə bilər.

Həmçinin tədqiqatda qeyd olunur ki, Yer kürəsinin tam soyuması milyonlarla il davam edəcək prosesdir.


Bənzər xəbərlər