“Yeraltı”nın Kartalı serialdan ayrılır - Mövsüm finalında ikinci ayrılan obraz kimdir?
“NOW” telekanalında yayımlanan və cari mövsümün ən çox izlənilən ekran işlərindən olan “Yeraltı” serialının heyətində mühüm dəyişiklik baş verəcək.
Patrul.az saytının əldə etdiyi məlumata görə, prodüser Fatih Aksoyun rəhbərlik etdiyi “Medyapım” şirkətinin istehsalı olan layihədə “Kartal” xarakterinə həyat verən tanınmış aktyor Cemal Hünal komandadan ayrılır.
Ssenarisi Berna Aruz tərəfindən qələmə alınan, rejissorluğunu isə Murat Öztürkün etdiyi seriala qonaq aktyor kimi daxil olan Cemal Hünalın müqavilə müddəti başa çatır. Aktyor, ekran işinin 20 may 2026-cı il tarixində yayımlanacaq 16-cı bölümü (mövsüm finalı) ilə layihəyə rəsmən vida edəcək.
Hekayənin gedişatına əsasən, canlandırdığı tündxasiyyət xarakterlə yeraltı dünyasındakı tarazlığı pozan və Bozonun həyat yoldaşı Ceylanı əsir götürən Kartalın gedişi kəskin süjet xətti ilə müşayiət olunacaq. Mövsüm finalında Haydar Alinin Ceylanı xilas etmək üçün atacağı ölümcül addım Kartalın hekayədəki taleyini həll edəcək. Obrazın ssenari daxilində gözlənilməz və sarsıdıcı bir səhnə ilə (maddi itki və ya ölüm premissiyası ilə) layihədən çıxarılacağı dəqiqləşib.
İstehsalat komandasına yaxın mənbələrin verdiyi məlumata görə, mövsüm finalında dramatik gərginliyi artırmaq məqsədilə ssenari qrupu daha bir kişi aktyorun layihə ilə yollarını ayırmasını planlaşdırıb. Həmin obrazın kimliyi hələlik məlum deyil.
Qeyd edək ki, baş rollarını Deniz Can Aktaş (Haydar Ali), Devrim Özkan (Ceylan) və Uraz Kaygılaroğlunun (Bozo) paylaşdığı “Yeraltı” serialı 28 yanvar 2026-cı ildə yayıma başlayıb. Yüksək reytinq göstəricilərinə malik olan layihə NOW kanalı tərəfindən növbəti mövsüm üçün rəsmi təsdiq alıb və yay fasiləsindən sonra payızda yeni seriyaları ilə nümayişini davam etdirəcək.
Gülbəniz Səfərova






