Yolda digər sürücüyə nalayiq hərəkət edən sürücü - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, Bakı-Ələt yolunda hərəkət edərkən qarşısına Kia Cerato keçərək ona orta barmaq göstərib. Hadisənin digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı, sürücünün etik davranış qaydalarını kobud şəkildə pozduğu qeyd olunur.
Belə halların yollarda aqressiyanın artmasına səbəb olduğu və ümumi təhlükəsizliyə mənfi təsir göstərdiyi vurğulanır.
Ümid edirik ki, müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.






