Zabratda heyvan işgəncəsi: Şəxs pişikləri boğaraq və bıçaqlayaraq öldürür - VİDEO
Bakının Sabunçu rayonunun Zabrat-1 qəsəbəsində şok hadisə qeydə alınıb. Məlumata görə, bir şəxs pişiklərə dəfələrlə işgəncə verərək onları amansızcasına öldürür.
Şahidlərin Patrulaz.az-a bildirsiyinə görə, həmin şəxs bəzən pişikləri boğaraq, bəzən isə əlindəki bıçaqla bıçaqlayaraq həyatlarına son qoyur. Qəsəbə sakinləri bu dəhşətli hadisədən narahat olduqlarını bildirir və məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər.
Qeyd edək ki, heyvanlara qarşı qəddarlıq qanunla qadağandır və belə halların qarşısının alınması üçün hüquq-mühafizə orqanlarına məlumat verilməsi vacibdir.






