media-inshot_20251105_141036634

“Bu il biz şanlı tariximizin ən parlaq səhifəsi, 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü qeyd edirik. 2020-ci ilin sentyabr-noyabr aylarında ruh-bəraət, birlik və sarsılmaz iradə ilə yürütülən müqəddəs savaşa indi geriyə baxdıqca, ölkəmiz üçün nə qədər böyük dönüş nöqtəsi olduğunu aydın görürük”.

Bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Patrul.az-a açıqlamasında səsləndirib. 

Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, Azərbaycan xalqına eyni zamanda milli şüuru, özünəinamı qaytardı:

“Qələbə göstərdi ki, müasir texnologiya, intizamlı ordu, məqsədyönlü dövlət siyasəti nəticə verir. Bu illər ərzində ordumuzun sosial təminatı, təchizatı, kadr hazırlığı gücləndi, müdafiə sənayesi sahəsində addımlar atıldı.

Zəfərimiz hərbi uğurla yanaşı, həm də diplomatik, informasiya müharibəsində və beynəlxalq aləmdə strateji dönüş etdi. Cənubi Qafqazda yeni reallıqlar formalaşdı, Azərbaycan çıxış yolunu öz gücü ilə müəyyənləşdirdi”.

media-img-20251105-wa0009

O vurğulayıb ki, işğaldan azad edilmiş bölgələrdə bərpa işləri, sosial-iqtisadi layihələr, investisiyalar və infrastrukturun yenilənməsi prioritetə çevrildi:

“Bu beş ildə biz görürük ki, həmin ərazilər ümidə, gələcəyə çevrilir, yeni perspektivlər açılır. Həm müharibə həm də post-müharibə dövründə prezident-xalq-ordu birliyi, fədakarlıq nümunələri, qəhrəmanlıq səhnələri yeni nəsillərə ilham verdi. Beş il ərzində biz “birlikdə qələbə” anlayışını daha dərindən yaşadıq”.

Ləman Sərraf


Bənzər xəbərlər