Zelenski:Biz danışıqlar masasına oturmağa hazırıq
Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə ABŞ prezidenti Donald Trampla görüşündə baş verən müzakirə ilə bağlı Vaşinqtonda Ağ Evdəki görüşün lazım olduğu kimi keçmədiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski “X” hesabında verdiyi yazılı açıqlamada Vaşinqtonda Trampla görüşündə baş verən müzakirəni dəyərləndirib. Ukrayna xalqının müharibənin bitməsini istədiyini bildirən Zelenski, Ukraynanın daimi sülhün yaxınlaşması üçün ən qısa zamanda danışıqlar masasına oturmağa hazır olduğunu deyib.
Ukraynanın suverenliyi və müstəqilliyinin qorunmasında ABŞ-ın dəstəyini dəyərli gördüklərini deyən Zelenski Trampın daha əvvəl Ukraynaya “Javelin” tank əleyhinə raketlər göndərdiyini də xatırladıb.