"Zelenski dəli olub" - Macarıstan XİN naziridən Ukrayna liderinə sərt sözlər
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Prezidenti Volodimir Zelenskinin sərhəd məsələləri ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Patrulaz.az “Nexta Live”a istinadən xəbər verir ki, Siyarto Zelenskinin fikirlərini “acınacaqlı və qeyri-diplomatik” adlandıraraq, onu “anti-macar vəsvəsəsi ilə dəli olub” sözləri ilə tənqid edib.
Nazirin açıqlamasına görə, Zelenski mövcud olmayan problemləri şişirdir. Siyarto həmçinin, Ukraynanın Macarıstan hərbçilərinə giriş qadağasını və Trankarpatyadakı macar icmasının hüquqlarının məhdudlaşdırılmasını pisləyib:
“Trankarpatyadakı macar icması hüquqlarından məhrum edildi, məcburi səfərbərlik zamanı bir macar döyülərək öldürüldü, Macarıstanın təhlükəsiz enerji təchizatı üçün vacib olan neft kəmərinə hücum edildi və indi macar hərbi rəhbərlərinin Ukraynaya girişi qadağan edildi. Və onlar bizdən onların Avropa Birliyinə daxil olmasını dəstəkləməyimizi gözləyirlər”,- deyə Macarıstan rəsmisi bildirib.
Buna cavab olaraq, Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa Macarıstan həmkarını sərt şəkildə tənqid edib:
“Biz çox şey görməyə başlayırıq, Peter, o cümlədən sizin hökumətinizin ikiüzlülüyünü və mənəvi tənəzzülünü, Ukraynaya və bütün Avropaya qarşı açıq və gizli fəaliyyətini, Kremlə məkrliliyini. Bizim prezidentimizə qarşı heç bir hücum bizim və hər kəsin gördüklərini dəyişməyəcək”.
Qeyd edək ki, hazırda hər iki ölkə arasında diplomatik gərginlik davam edir və hadisələr sosial mediada geniş müzakirələrə səbəb olub.






