media-img_5432

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ və Avropa ilə birgə plan hazırladıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski, qatıldığı 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində keçirilən təhlükəsizlik panelindəki açıqlamasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün danışıqlardan danışıb. Danışıqlarla bağlı Putinə güvənmədiyini bildirən Zelenski, belə danışıqların baş tutacağı təqdirdə Ukraynanın Qərb müttəfiqləri ilə ortaq bir həll yolu tapmalı olduğunu bildirib.

Zelenski iddia edib ki, onlar əvvəllər Rusiya ilə məhbus mübadiləsini müzakirə ediblər, lakin Rusiya verdiyi vəddən əl çəkib.

Müharibənin bitməsi üçün ilk növbədə ABŞ və Avropa ilə ortaq həll planı üzərində işləməli olduqlarına diqqət çəkən Zelenski, Putinlə yalnız bundan sonra masa arxasına oturacağını qeyd edib.


Bənzər xəbərlər