Zelenski Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sabah Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünə qatılmayacaqlarını və görüşün nəticələrini qəbul etməyəcəklərini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətlərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi ilə sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirəcəkləri görüşə toxunan Zelenski, sözügedən görüşdən xəbərsiz olduqları üçün danışıqlarda iştirak etməyəcəklərini qeyd edib. BƏƏ-dən sonra rəsmi təmaslar üçün Səudiyyə Ərəbistanına gedəcəyini xatırladan Zelenski, müharibəni ədalətli şəkildə bitirmək və ölkəsinə güclü təhlükəsizlik zəmanəti vermək üçün müttəfiq ölkələrin əsgərlərinin Ukraynaya yerləşdirilməli olduğunu bir daha vurğulayıb.