Zelenski Trampı Ukraynaya dəstək verməyə çağırdı
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Ukraynaya dəstək verməyə çağırıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski həmçinin, Trampı Rusiyaya qarşı sanksiyalar məsələsində aydın mövqe sərgiləməyə səsləyib.
“İnanıram ki, Donald Tramp Ukraynaya lazım olan sayda hava hücumundan müdafiə sistemləri verə bilər və ABŞ-də bunun üçün kifayət qədər imkan var. Bundan əlavə, ABŞ Rusiyanın iqtisadiyyatına ciddi zərbə vuracaq sanksiyalar tətbiq edə bilər”, – Zelenski bildirib.
Ukrayna lideri həmçinin Trampın Rusiya prezidenti Vladimir Putini qorxutmaq gücünə malik olduğunu vurğulayıb.






