media-d5677592-13d4-44ad-b22e-18374d037ac1

Patrul.az redaksiyasına müraciət edən hərbi qulluqçu internet üzərindən avtomobili üçün maqnitofon alarkən mənimsəmə faktı ilə üzləşdiyini iddia edir.

Onun sözlərinə görə, “TikTok” sosial platformasında @autobrend_az adlı səhifədə avtomobillər üçün musiqi avadanlıqlarının satışı ilə bağlı elan görüb və səhifədə göstərilən 055 598 08 99 nömrəsi ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb.

Müraciətdə bildirilir ki, tərəflər maqnitofonun qiymətini 130 manat olaraq razılaşdırıblar. Daha sonra satıcı qismində çıxış edən şəxs məhsulun göndərilməsi üçün ödənişin əvvəlcədən bank kartına köçürülməsini tələb edib. Hərbi qulluqçu qeyd olunan karta vəsaiti köçürdükdən sonra qarşı tərəflə əlaqə saxlamağın mümkün olmadığını bildirib.

Şikayətçinin iddiasına görə, ödəniş həyata keçirildikdən sonra nə telefon zənglərinə cavab verilib, nə də sifariş olunan məhsul göndərilib.

Patrul.az olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə səhifədə qeyd olunan mobil nömrə ilə əlaqə saxlamağa çalışdıq. Lakin apardığımız yoxlama zamanı həmin nömrənin işləmədiyi və əlaqə yaratmağın mümkün olmadığı məlum olub. Bu səbəbdən qarşı tərəfin mövqeyini əldə etmək mümkün olmayıb.

Vətəndaş aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını, vəsaitinin geri qaytarılmasını və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edir.

Patrul.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Günay Salayeva

media-7a1d6a7e-155f-480e-8776-9ea52c1b40a2 media-4ab6d221-0a42-4ba5-92e4-24d2ac0b0070 media-5b407550-064e-4678-a5d4-dbf81be7990b media-509dcb08-a49b-48b4-bbb4-f64b7e7b05ed


Bənzər xəbərlər