Zelenski Trampın Putinə verdiyi vaxtı AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə ayırdığı müddətin sentyabrın 1-də sona çatdığını açıqlayıb.
Patrulaz.az xəbər verir ki, ölkə başçısı bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Zelenskinin sözlərinə görə, Kreml görüş prosesini uzatmaq üçün müxtəlif vasitələrə əl atmağa çalışır. Bununla belə, Ukrayna lideri müharibənin bu və ya digər şəkildə sona çatacağını vurğulayıb.
“Ukraynanın müttəfiqləri razılaşıblar ki, Rusiyanın ikitərəfli danışıqlara hazır olub-olmamasını görmək üçün sentyabrın 1-nə qədər gözləsinlər”, – Zelenski bildirib.
Prezident həmçinin qeyd edib ki, nə Rusiyanın bütün Ukrayna ərazilərini işğal etməyə, nə də Ukraynanın itirilmiş torpaqları tam şəkildə geri qaytarmağa gücü çatır:
“Rusiya dünya üçün təcavüzkar olaraq qalır. Onu dəstəkləyən ölkə yoxdur. Müharibə istənilən halda bitəcək və Putin bundan yayınmaq imkanına malik deyil”- deyə Zelenski vurğulayıb.






