Zelenski: "Atəşkəs mümkündür, amma Ukrayna Rusiyaya ərazi güzəştinə getməyəcək"
“Ukrayna Rusiyaya ərazi güzəştinə getməyəcək”.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski Rusiya-Ukrayna arasında atəşkəsə ümid etdiyini bildirərək, davamlı sülh üçün Rusiyaya daha çox təzyiq göstərilməsinin vacib olduğunu vurğulayıb:
“Atəşkəs mümkündür. Düşünürəm ki, biz hamımız bunu istəyirik. Amm a Rusiyaya daha çox təzyiq lazımdır. Biz atəşkəs danışıqlarına hazırıq. Biz istənilən formata hazırıq. Amma danışıqlar həlledicidir – bizə ədalətli və davamlı sülh lazımdır”, – deyə Ukrayna lideri bildirib.
Gülbəniz Səfərova






