Zelenskidən Türkiyə səfəri ilə bağlı paylaşım
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə Ukraynaya verdiyi dəstəyə və ölkəsinin ərazi bütövlüyünə dair prinsipial mövqeyinə görə minnətdar olduqlarını bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri Zelenski X sosial media hesabında Ankaradakı təmasları ilə bağlı paylaşım edib. Ölkəsinin Türkiyə ilə münasibətlərinə, müharibə dövründə ortaq anlayışa və dəstəyə böyük dəyər verdiyini vurğulayan Zelenski səmimi qəbula, qonaqpərvərliyə və danışıqlarda konstruktiv münasibətə görə minnətdarlığını bildirib.
Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya-Ukrayna müharibəsinin sona çatmasına töhfə verə biləcək qlobal prosesləri və ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməsi səylərinin vacibliyini ətraflı müzakirə etdiklərini bildirib.