media-inshot_20250808_093412049

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda tarixi Birgə Bəyannamə imzalamağa hazırlaşırlar.

Patrulaz.az xəbər verir ki, sənəddə bir sıra mühüm məqamlar, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi kimi məsələlər əksini tapacaq.

Zəngəzur dəhlizinə yaşıl işıq

media-inshot_20250808_091748120

Bəyannamədə Azərbaycanın Naxçıvanla maneəsiz quru əlaqəsinin təmin edilməsi açıq şəkildə qeyd olunur. Prezident İlham Əliyev bu tələbi 2020-ci il Vətən müharibəsindən sonra dəfələrlə gündəmə gətirmiş və layihənin icrasını sülh prosesinin əsas tərkib hissəsi kimi təqdim etmişdi.  Belə ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması hüququ bəyannamədə rəsmən təsbit olunacaq. Bu, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi və Azərbaycanın strateji hədəfinin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirilir. Məlumata görə, Ermənistan tərəfi bu şərtlə razılaşıb və beləliklə, sənəddə Zəngəzur dəhlizinin yaradılması ilə bağlı müddəa yer alacaq.

Minsk qrupuna xitam

media-inshot_20250808_092004894

Sənəddə tərəflər həmçinin ATƏT-in baş katibinə birgə müraciət ünvanlayaraq Minsk qrupunun fəaliyyətinin rəsmi olaraq dayandırılmasını istəyəcəklər. Bu, Azərbaycanın irəli sürdüyü əsas tələblərdən biridir və danışıqlarda böyük dönüş nöqtəsi sayılır.

Ermənistan Konstitusiyası dəyişir

media-inshot_20250808_092148292

Razılaşmanın daha bir önəmli hissəsi Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bu dəyişikliklər Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılmasını nəzərdə tutur

Sülh müqaviləsinə aparan yol

media-inshot_20250807_190522817

Bəyannamədə həmçinin dövlətlərarası münasibətlərin tam normallaşdırılması, sülh sazişinin imzalanması və ratifikasiyası üzrə sonrakı addımların vacibliyi də xüsusi vurğulanıb. Sənədin imzalanması, analitiklərin fikrincə, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün real zəmin yarada bilər.


Bənzər xəbərlər