media-fa68b502-17ea-4f0e-b5e4-bd0d1934e95e

“Türk Dövlətləri Təşkilatları (TDT) dövlət başçılarının Macarıstanda keçirilən zirvə görüşü türk dövlətlərinin inteqrasiya proseslərinə güclü təkan verən beynəlxalq əhəmiyyətli tarixi bir görüş oldu. Zirvə görüşü “qeyri-formal” adlandırılsa da müzakirə olunan məsələlərin miqyası və əhəmiyyəti baxımından indiyədək keçirilmiş rəsmi görüşlərdən heç də az əhəmiyyətli deyildi. Zirvə görüşünün Yekun Bəyanatının mətni bunu daha əyani şəkildə göstərir”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.

Onun sözlərinə görə, Yekun Bəyanatda müəyyən edilən məqsəd və vəzifələrin miqyası və mahiyyəti onu deməyə əsas verir ki, bu Zirvə görüşü türk dövlətlərinin inteqrasiyası istiqamətində irəliyə doğru atılmış mühüm bir addımdır:

media-adf85718-3d2e-465d-a92f-494e2f442406

“Zirvə görüşündə verilən açıqlamalardan və dövlət başçılarının çıxışlarından və TDT funksionerlərinin səsləndidiyi fikirlərdən məlum olur ki, türk ölkələri arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb və hazırda 35 istiqamət üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində əməli addımlar atılır. Eyni zamanda Türk ölkələri arasında qarşılıqlı əməkdaşlığın yeni sahələri müəyyən edilir. O cümlədən kosmik araşdırmalar, hərbi- texniki əməkdaşlıq, yaşıl energetika, kibertəhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyətlərin əsası qoyulur”.

Millət vəkili bildirib ki, bu ildən etibarən Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması planlaşdırılır:

“Bütün bunlar türk dövlətlərinin vahid siyasi platformada birləşməklə qlobal siyasi arenada vahid güc mərkəzinə çevrilməsinə zəmin yaradacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər