media-img_5560

Patrul.az-a müraciət edən vətəndaşın iddiasına görə, Yasamal rayonu, Mətbuat prospekti 60 ünvanında yerləşən binada ev 3-ün zirzəmisinin kənar divarı kəsilərək əlavə qapı açılıb. Şikayətçi bildirir ki, bu işlər sakinlərin razılığı olmadan və binanın konstruksiyasına müdaxilə ehtimalı ilə həyata keçirilib.

İddia olunur ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edildikdən sonra zirzəmiyə açılan həmin qapı müvafiq qurumların iştirakı ilə yalnız yarıya qədər hörülüb. Şikayətçi qeyd edir ki, əgər dövlət qurumları qanunsuzluğa müdaxilə edirsə, qapı tam şəkildə sökülməli və divarın əvvəlki vəziyyəti bərpa olunmalıdır. Yalnız ön hissənin yarıya qədər hörülməsi isə belə bir ehtimal yaradır ki, gecə saatlarında həmin hissə yenidən sökülərək zirzəmi istifadəyə verilə bilər.

Şikayətçi həmçinin iddia edir ki, zirzəmi üçün qapının qoyulmasına səbəb olan şəxs Quliyeva Pərvin Pərviz qızıdır. Vətəndaşın təqdim etdiyi videogörüntüdə onun şikayət edən şəxsə təzyiq göstərməyə çalışdığı iddia olunur.

Səsləndirilən bütün məlumatlar iddia xarakteri daşıyır.

Patrul.az məsələni diqqətdə saxlayır, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.


Bənzər xəbərlər