10 yaşlı uşaq ehtiyatsızlıqdan qohumunu güllələdi
Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda 10 yaşlı uşağın ehtiyatsız davranışı faciəyə səbəb olub.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, azyaşlı uşaq evdə tapdığı atasına məxsus nasoslu ov tüfəngi ilə oynayarkən silah qəfildən işə düşüb. Tüfəngdən açılan atəş nəticəsində evdə olan qohumu 35 yaşlı kişi ağır yaralanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və jandarma qrupları cəlb olunub. Yaralıya göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Məlumata görə, ölən şəxs uşağın atasının əmisinin qardaşı oğludur.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Gülbəniz Səfərova






