media-inshot_20250915_021546796

Türkiyənin Bursa şəhərində 10 yaşlı uşaq supermarketdə yanğın törədib. 

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, 10 yaşlı uşaq merketin rəfindən çıxardığı etiketi alışqanla yandırdıqdan sonra salfetlərin üzərinə qoyub.

Mağazanın təhlükəsizlik kameraları ilə çəkilən görüntülərində uşaq hadisəni törətdikdən sonra ərazidən uzalaşıb. Bundan sonra salfetlər sürətlə alovlanmağa başlayıb.

Yanğın nəticəsində bəzi məhsullar yararsız hala düşüb, mağazaya isə maddi ziyan dəyib.

Mağaza işçiləri vəziyyəti vaxtında aşkar edərək yanğınsöndürən və polis əməkdaşlarını məlumatlandırıblar. Onların operativ müdaxiləsi nəticəsində alov digər ərazilərə keçmədən söndürülüb.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb və azyaşlının saxlanılması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər