media-inshot_20260310_223600562

Azərbaycanı təmsil edən yunan-Roma güləşçisi, dördqat dünya çempionu Eldəniz Əzizli hindistanlı rəqibinə cəmi 13 saniyədə məğlub edərək qələbə qazanıb.

Patrul.az-ın məlumatına görə, görüş başlayan andan çevik və sürətli hərəkət edən Eldəniz Əzizli qısa müddətdə üstünlüyü ələ alaraq rəqibini 13 saniyədə nokaut etməyi bacarıb.

Görüş zamanı E. Əzizli üstünlüyünü açıq şəkildə nümayiş etdirib. O, rəqibini ardıcıl olaraq 5 dəfə qaldıraraq xal fəndi ilə yerə çırpıb və qısa müddətdə matça nəzarəti tam ələ alıb. Bu dominant güləş sayəsində qarşılaşma cəmi 13 saniyəyə başa çatıb.

Onun bu sürətli qələbəsi tribunalarda böyük alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, Eldəniz Əzizli 2018-ci ildə Avropa və Dünya çempionatlarının qalibi olaraq mövsümü “qızıl dubl”la başa vurub. 2019 və 2021-ci illərdə Dünya və Avropa çempionatlarında bürünc medal qazanıb. 2022-ci ildə yenidən həm Dünya, həm də Avropa çempionu olub. 2023-cü ildə Avropa çempionatında gümüş medal qazanan güləşçi həmin il Belqradda üçüncü dəfə dünya çempionu adını qazanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər