16 yaşlı qız yeni doğulmuş körpəsini boğaraq zibil qutusuna atdı
Rusiyanın Omsk şəhərində 16 yaşlı məktəbli qız oteldə dünyaya gətirdiyi sağlam oğlan uşağını boğaraq vanna otağındakı zibil qutusuna atıb.
Patrulaz.az Yerli KİV-ə istinadən xəbər verir ki, körpənin meyiti otelin təmizləyicisi tərəfindən tapılıb.
İstintaqın ilkin məlumatına görə, yeniyetmə uşağı saxlamaq istəmədiyi üçün onu qətlə yetirib və paketə qoyaraq gizlədib.
Qız öz günahını tam şəkildə etiraf edib.
Qeyd edək ki, hazırda ona qarşı cinayət işi açılıb. Cinayət Məcəlləsinə əsasən, 16 yaşlı qızı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gülbəniz Səfərova






