media-inshot_20250725_142531922

Türkiyədə saxta mühafizəçi digər real mühafizəçi tərəfindən ifşa olunub.

Patrulaz.az Sondakika.az–a istinadən xəbər verir ki, Türkiyənin Osmaniye şəhərində özünü mühafizəçi kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs saxlanılıb.

Şübhəli şəxs ərazidə patrul xidməti aparan və həqiqətən mühafizəçi kimi çalışan şəxs tərəfindən aşkara çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs daha əvvəl də eyni üsulla insanları aldatmağa çalışıb və bir neçə nəfərdən pul tələb edib.

O, hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıb və istintaqa cəlb edilərək polis bölməsinə aparılıb.


Bənzər xəbərlər